Levon Ter-Petrosyan müstəntiqlərə 1 mart hadisələrinin başqa versiyasını danışıb

11.04.2019 13:04     Dünyadan reaksiya     898

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2008-ci il martın 1-2-də Yerevanda baş vermiş hadisələrlə bağlı müstəntiqlərə 3 saat ifadə verib.

“Sputnik Ermənistan” yazır ki, sabiq dövlət başçısı hadisələrlə bağlı yeni fikir söyləməyib.

“Çox güman ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan müstəntiqlərə 2008-ci il martın 1-2-də baş verən hadisələri ilə bağlı xronologiya təqdim edib. Xronologiyadan başqa müstəntiqlər ona “Yeravandakı hadisələr nəticəsində insanların ölmü barədə nə deyə biləriniz” sualına müxalifətin o vaxtkı lideri belə cavab verib: “Bu məsələ ilə bağlı hər hansı versiya irəli sürmək haqqım yoxdur”, agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, ondan əvvəl keçmiş prezident Serj Sarqsyan həmin hadisələrlə bağlı dindirilmişdi.

Şərhlər