Rusiya İrəvana əlavə silahlar göndərir - Tonoyan təsdiqlədi

26.04.2019 16:22     Dünyadan reaksiya     835

İlin sonuna qədər və gələn il Rusiyadan müxtəlif silahların tədarükü barədə razılıq əldə olunub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

“Ətraflı deyə bilmərəm. Tədarük olanda xəbər edəcəyəm”, – deyə o bildirib.

O, ABŞ silahlarının Ermənistan tərəfindən alınması imkanları barədə danışarkən bildirib ki, ABŞ-dan bununla bağlı konkret təklif gəlməyib:

“Boltonun bununla bağlı bəyanatı oldu, amma indi konkret heç nə yoxdur. Biz bazarı keyfiyyət və qiymət planında tədqiq edirik. Əgər ABŞ silahları belədirsə, o zaman niyə də bu silahlara maraq göstərməyək?”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar