“Mxitaryan şousu”nun sifarişçisi ortaya çıxdı: Paşinyan zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryana zəng edib.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Nikol Paşinyan paylaşıb.

“Nur-Sultandan qayıdan kimi telefonla Henrix Mxitaryanla danışdım və ona Bakının rasist mövqeyi ucbatından iştirak edə bilməyəcəyi “Arsenal” və “Çelsi” komandaları arasındakı oyundan öncə öz dəstəyimi bildirdim”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan dəfələrlə Mxitaryana Azərbaycanda hər cür təhlükəsizliyin təmini vədi versə də, erməni futbolçu Bakıda baş tutan Avroliqa finalına qatılmayıb. Mxitaryanın bu addımından isə erməni diasporu və Ermənistan mediası geniş şəkildə yararlanaraq Bakıya qarşı hücumlara başlayıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar