Ruhani ilə Tramp görüşəcəkmi? – Zərif

27.08.2019 16:09     Dünyadan reaksiya     790

Vaşinqton nüvə razılaşmasının icrasına qayıtmasa, İran Prezidenti Həsən Ruhani ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilməyəcək.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Biarrisə səfərim zamanı dedim ki, ABŞ “5+1” formatına geri dönmədikcə İran prezidenti ilə Tramp arasında görüş mümkünsüzdür. Bu olmasa, ikitərəfli danışıqlar baş tutmayacaq. Bizim mövqeyimiz aydındır. ABŞ və Tramp razılaşmanı pozublar, ona görə də köhnə razılaşmaların icrası önəmlidir. ABŞ-ın bu istiqamətdə fəaliyyətlərini müşahidə etmirik”, - o bildirib.

Reaksiya.az

Şərhlər