Makrondan etiraf: "Hegemonluğumuz sona çatır, o ölkələrlə yaxşı davranmalıyıq"

28.08.2019 15:10     Dünyadan reaksiya     763

Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin üstünlük dönəminin qlobal gepolitik dəyişikliklər səbəbindən sona yaxınlaşdığını bəyan edib.

Avropa.info xəbər verir ki, Makron bu barədə Fransa səfirləri ilə görüşü zamanı danışıb.

"Qərbin dünya üzərindəki hegemonluğunun sonunu görürük. Şərtlər dəyişir", deyə Fransa prezidenti bildirib.

Bu gün dünya arenasında “yeni ölkələrin” güçləndiyini dilə gətirən Fransa lideri, “Çin ilk sıralara yerləşdi, Rusiya da strategiyasında böyük uğurlar əldə edir", deyə qeyd edib.

Rusiya olmadan Avropada yeni təhlükəsizlik memarlığının qurulmasının mümkün olmadığını, bu səbəbdən Moskva ilə əlaqələrin yenidən və dərindən düşünülməsi vacibliyini söyləyən Makron, "Rusiya ilə daha barışcıl əlaqələr əldə edə və əlaqələrimizə aydınlıq gətirə bilməzsək, Avropa qitəsi heç bir zaman sabit olmayacaq, biz heç bir zaman etibarlı ola bilməyəcəyik", deyib.

Paris v Moskvanın birlikdə dünya üçün “yararlı bir şeylər” etməsinin vacibliyini bildirən Fransa prezidenti, əks təqdirdə, Avropanın ABŞ və Rusiya arasındakı strateji savaş üçün səhnə rolunu oynamağa davam edəcəyini söyləyib.

Rusiyanı Avropa ölkələrindən uzaqlaşdırmanın böyük səhv olduğunu vurğulayan Makron Rusiya-Çin ittifaqının qurula biləcəyini də ehtimal edib: "Bu, Rusiyanın Çin ilə ittifaq yaratmasına yol aça bilər. Bu heç də Avropanın mənafeyinə uyğun deyil".

Reaksiya.az

Şərhlər