Gərginlik: Yunan və türk döyüş gəmiləri üz-üzə

04.09.2019 13:18     Dünyadan reaksiya     917

Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin Şərqi Aralıqda eyni zamanda hərbi təlimlər keçirəcəyi iddia edilib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Yeniakit.com.tr” saytı çıxış edib.

Belə ki, 4 sentyabr tarixində Türkiyənin təlimlər üçün elan etdiyi bölgədə Yunanıstan tərəfi də təlimlər keçirəcəyini bəyan edib. Bu səbəbdən Şərqi Aralıqda bu gün saat 10:00 və 03:00-da tərəflər arasında gərginliyi yaşanması ehtimalı yüksəkdir.

Məsələ ilə bağlı açıqlama verən türkiyəli jurnalist Ceyhun Bozqurd bildirib ki, Türkiyənin ərazidə qazma-kəşfiyyat işlərini davam etdirəcəyi ilə bağlı qətiyyətli açıqlaması Afinanı özündən çıxarıb:

“Yunanıstan buna qarşı həmlə etmək istəyir”.

Reaksiya.az

Şərhlər