Rəsmi Moskva: Nüvə müharibəsi riski var

12.09.2019 15:07     Dünyadan reaksiya     967

Mövcud beynəlxalq situasiyada nüvə müharibəsi riski mövcuddur.

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, nəzərəçarpan mənfi dinamika son bir ildə nüvə müharibəsi riskini artırıb.

 

XİN başçısının müavini söyləyib ki, Qərb daha emosional davranır və aqressiv olur.

“Onlar aktual mövzuları müzakirə etməkdən çəkinirlər, dialoq kanallarının fəaliyyətinə mane olurlar. Onlar silahlara nəzarətin mexanizmlərini sarsıtmağa davam edirlər”, - deyən S.Ryabkov əlavə edib ki, bu, son dərəcə təhlükəli və məsuliyyətsiz davranışdır.

Onun sözlərinə görə, nüvə gücləri nüvə müharibəsinin yolverilməzliyini təsdiqləməlidir.

S.Ryabkov onu da əlavə edib ki, Vaşinqton strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin uzadılmasını əsaslı şəkildə müzakirə etməyə hazır deyil.

Reaksiya.az

Şərhlər