Mənim cinayət işim tarix dərsliklərinə düşəcək – Köçəryan

Mən qarşı qaldırılan cinayət işi siyasi təqibdir.

Axar.az xəbər verir ki, bunu bugünkü məhkəmə iclasında çıxışı zamanı Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Məndə belə təəssürat yaranır ki, bu işin təşəbbüskarları bütün mümkün pozuntulara yol veriblər. Bu kələ-kötür yolla bütün çuxurlara düşə-düşə gedən avtomobil kimidir. Pozuntular sadəcə sistematik xarakter daşıyır”, – deyə o bildirib.

O, bu cinayət işinin Ermənistanın tarixində baş verən ən biabırçı iş olduğunu deyib:

“Bu iş tarix dərsliklərinə salınacaq. Onun öz müsbət və mənfi qəhrəmanları olacaq. Mənfi qəhrəmanın kim olacağıyla bağlı mənim heç bir şübhəm yoxdur. Siz bu tarixin daha bir səhifəsini yazan şəxssiniz. Bu səhifənin necə olacağı sizdən asılıdır”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər