İmamoğlunun “axmaq” kəlməsi ASQ-ni ayağa qaldırdı

08.11.2019 14:43     Dünyadan reaksiya     769

Türkiyənin Ali Seçki Qurumu İstanbul Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunu məhkəməyə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri yazıb.

Məlumata görə, İmampoğlunun Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə aralarında baş verən polemika zamanı səsləndirdiyi fikirlər həmçinin Ali Seçki Qurumunun AKP və MHP-dən olan üzvlərinin də narazılığına səbəb olub. AKP və MHP nümayəndələrinin İmamoğlu barədə məhkəmə iddiası ilə çıxış etməsi istisna edilmir.

Xatırladaq ki, Əkrəm İmamoğlu DİN rəhbəri Süleyman Soylunun tənqidlərinə cavab olaraq “31 mart seçkilərini ləğv edən axmaqdır” fikrini səsləndirib.

Reaksiya.az

Şərhlər