ABŞ müharibəyə hazırlaşır? - Müqavilənin şərtlərini pozdu və...

ABŞ Hərbi Hava Qüvvələri 1987-ci ildə SSRİ ilə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələri” (INF) müqaviləsi çərçivəsində qadağan olunan ballistik raketi sınaqdan keçirib.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya əsasən, dünən yerli saatla 09:30-da şərti olaraq qurudan atılan ballistik raketin prototipi Kaliforniyadakı “Vanderberq” Hava Bazasında sınaqdan keçirilib. Raket 500 kilometr təsir mənzilini aşdıqdan sonra okeana düşüb.

Qeyd edək ki, ABŞ, Rusiyanın INF-in şərtlərini pozduğunu səbəb göstərərək razılaşmadan geri çəkildiyini açıqlamışdı. Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində avqust ayının əvvəlində razılaşmanın rəsmi olaraq sona çatması barədə məlumat yaymışdı.(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər