AP-dən şok qətnamə: Bu ölkənin baş naziri getməlidir

19.12.2019 14:03     Dünyadan reaksiya     1900

Avropa Parlamenti çərşənbə günü Malta Baş naziri Cozef Muskatın təcili istefaya getməsinə çağırış edən qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, qətnamədə Avropa Parlamenti üzvləri Muskatın hakimiyyətdə olduğu müddət ərzində jurnalist Dafna Karuana Qaliçiyanın qətlinin qərəzsiz araşdırılmasıyla bağlı ciddi şübhələri olduqlarını ifadə ediblər.

Qətnamədə həmçinin Muskatın baş nazirliyini demokratiya üçün biabırçılıq adlandırılıb.

Sənəddə həmçinin korrupsiya və çirkli pulların yuyulması işiylə bağlı tədqiqatda heç bir irəliləyişin olmadığı bildirilib.

Qeyd edək ki, Dafna Karuana Qaliçiya 2017-ci ilin payızında avtomobili partladılaraq qətlə yetirilib. Ölümündən öncə o, Malta baş naziri və köməkçilərinin korrupsiya ilə əlaqəsi məsələsini araşdırıb.

Reaksiya.az

Şərhlər