Ruhanidən dünyanı qorxuya salan koronavirus açıqlaması: İranın heç bir şəhəri...

26.02.2020 14:44     Dünyadan reaksiya     1305

Yeni tip koronavirusa görə İranın heç bir şəhəri karantinə alınmayacaq.

Bu barədə İran Prezidenti Həsən Ruhani danışıb. Prezidentin bu sözləri qonşu ölkələrdə ciddi narahatlıq yaradıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən prezident bildirib ki, bir bölgənin təcrid edilməsi qərarı valiliyin və ya nazirliyin deyil, Koronavirusla Mübarizə Mərkəzinin səlahiyyətindədir.

Xalqı səlahiyyətli qurumların təlimatlarına əməl etməyə və tövsiyələrini dinləməyə çağıran Ruhani ölkədə epidemiyaya qarşı bütün tədbirlərin görüldüyünü bildirib: koronavirus ölkədəki istehsal və işlərin dayandırılması üçün düşmənlərin silahına çevrilməməlidir”.

Bir neçə həftə ərzində epidemiyanın öhdəsindən gələcəklərini və Səhiyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı təqdim olunan sənədlərin ümidverici olduğunu dilə gətirən İran prezidenti xalqa məcbur olmadıqca küçəyə çıxmamağı, kütləvi toplaşmamağı məsləhət görüb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 15-ə çatıb. 100-ə yaxın insan epidemiyadan əziyyət çəkir.(publika)

Reaksiya.az

Şərhlər