Çin yenidən təşvişdə: sərt karantinə keçdi

29.06.2020 15:21     Dünyadan reaksiya     9656

Çinin Hebey rayonunda COVİD-19 yenidən sürətlə yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, bu səbəblə 400 min insanın yaşadığı əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub.

Məlumata görə, Hebeyin Anşin qəsəbəsində yenidən sərt karantin rejimi tətbiq edilir. Sadəcə hər evdən bir nəfər gün ərzində 1 dəfə evdən çıxa bilər.

Reaksiya.az

Şərhlər