Lavrov: “Heç bir ölkə vətəndaşlarını pulsuz geri qaytarmayıb”

29.06.2020 15:23     Dünyadan reaksiya     9818

Heç bir ölkə kimsəni pulsuz vətənə qaytarmayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov RT-yə müsahibəsində koronavirus pandemiyası zamanı dövlətlərin vətəndaşlarını geri qaytarması məsələsinə toxunarkən deyib.

“Hamıya ya borc verilir, ya da onlardan vətənə qayıdandan sonra məbləği geri ödəyəcəklərinə dair imzalı sənəd alınır. Bizdə bu proses karantində yerləşdirilmək imkanlarına uyğun həyata keçirilib”, - o bildirib.

Reaksiya.az

Şərhlər