Rusiyadan Qarabağ açıqlaması

17.09.2020 19:30     Dünyadan reaksiya     874

Regiondakı qaçqın və köçkünlər məsələsi də daxil olmaqla, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına diqqət ayırmalıyıq.

Reaksiya.az report-a istnadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

“ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələr apardı, vasitəçilərin Dağlıq Qarabağ nizamlanması kontekstində gələcək addımlar, o cümlədən nazirlərin hər biri ilə üçlüyün ayrı-ayrı görüşlərinin keçirilməsi barədə təkliflərini onlara çatdırdı. Tərəflərdən müsbət reaksiya gözləyirik”, - M.Zaxarova bildirib.

Reaksiya.az

Şərhlər