Türkiyədən İrəvana nota: belə hərəkətləri qəbul edə bilmərik...

22.09.2020 21:20     Dünyadan reaksiya     899

Dünən Ermənistan tərəfinin hücumu nəticəsində şəhid olan azərbaycanlı qardaşımıza Allahdan rəhmət diləyirik. Buradan bir daha Ermənistana səslənirik. Türkiyə tərəfi belə hərəkətləri qəbul edə bilməz.

Reaksiya.az xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik AKP İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında söyləyib.

“Ermənistan odla oynadığını bilsin. Bölgədə xaos yaratmaq fəaliyyətinin mərkəzində Ermənistan dayanır. Türkiyə Azərbaycanın yanındadır. Ermənistana bir daha xəbərdarlıq edirik ki, odla oynamasın”,- Ərdoğan deyib.

Reaksiya.az

Şərhlər