Manat xarici valyutalara qarşı bahalaşıb

28.09.2016 11:42     Ecoreaksiya     1101

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 27-si ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6252 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,53% zəifləyərək 1,8223 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 27-si ilə  müqayisədə dəyişməyərək 0,0255 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,35% ucuzlaşaraq 0,5460 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1132 manatdır. Beləliklə, funt sterlinq 0,02%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,67% ucuzlaşaraq 0,6945 manat təşkil edib.
 
 

Şərhlər