Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb

29.09.2016 12:09     Ecoreaksiya     1136

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 28-i ilə müqayisədə dəyişməyərək 1,6252 manat olub.
 
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,15% möhkəmlənərək 1,8250 manat olub.
 
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 28-i ilə  müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsinə yüksəlib.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,16% ucuzlaşaraq 0,5451 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1158 manatdır. Beləliklə, funt sterlinq 0,12%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,22% ucuzlaşaraq 0,6930 manat təşkil edib
 
 

Şərhlər