Manatın xarici valyutalara qarşı bahalaşması davam edir

06.10.2016 11:25     Ecoreaksiya     1165

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,49% ucuzlaşaraq 1,6036 manat olub.
 
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,7956 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 5-i ilə  müqayisədə dəyişməyərək 0,0257 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,42% ucuzlaşaraq 0,5248 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdır. Beləliklə, funt sterlinq 0,59%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,91% ucuzlaşaraq 0,6824 manat təşkil edib.
 
 

Şərhlər