Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri

02.12.2016 11:56     Ecoreaksiya     1546

Zaur Fətizadə yenidən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Cari ilin fevralından oktyabrınadək Z.Fətizadə bu departamentə rəhbərlik etmişdi. Lakin oktyabrda Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin olunmuşdu.

Hazırda bu vəzifəyə nazirin sabiq müşaviri Natiq Şirinov təyin edilib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi İlqar Əhmədov isə yenidən nazirin müşaviri təyin olunub. Lakin eyni vaxtda 2016-cı ilin noyabrından rəhbərlik etdiyi bu departamentin rəisi vəzifəsini icra edəcək.

İ.Əhmədov 2011-2016-cı illərdə nazirin audit və operativ nəzarət üzrə müşaviri vəzifəsində çalışıb

Şərhlər

Çox oxunanlar