Azərbaycanda bankların müştəri bazası 18 aylıq minimuma enib

12.12.2016 15:25     Ecoreaksiya     1123

Azərbaycanda bank müştərilərinin ümumi sayı aylıq müqayisədə 204 782 nəfər və ya 3,7% azalaraq 2016-cı il noyabrın 1-nə 5 310 232 nəfər təşkil edib.
 
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
 
Hesabata əsasən, müştərilərin sayı ilin əvvəlindən 406 153 nəfər və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 334 602 nəfər və ya 5,9% azalıb. Müştərilərin sayı indiki həddə yaxın 2015-ci ilin mayında olub. Belə ki, ötən ilin iyunun 1-nə müştərilərin sayı 5 348 165 nəfər, mayın 1-nə 5 273 663 nəfər təşkil edib.
 
Cari il noyabrın 1-nə bank müştərilərinin 5 241 312 nəfərini və ya 98,7%-ni fiziki şəxslər, o cümlədən 169 577 nəfərini sahibkarlıqla məşğul olanlar, 1,3%-ni hüquqi şəxslər əhatə edib. 
 

Şərhlər