Dollar bahalaşmağa başladı

13.02.2017 12:55     Ecoreaksiya     1534

ABŞ valyutası "qara bazar"da həftəyə bahalaşma ilə başlayıb

Mərkəzi Bankın manatı bahaşdırmaqda davam etməsi "qara bazar"da da dolların xeyli ucuzlaşdırıb. Bununla belə, bu gün səhər saatlarında "qara bazar"da ABŞ valyutası bahalaşıb. Belə ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 13-ü səhər saatlarında dollar alışı 1.67 manatdan 1.72 manata, satışı isə 1.72 manatdan 1.75 manata qədər qalxıb.

Qeyd edək ki, ötən fevral ayının 10-u ilə müqayisədə dolların "qara bazar"da alqı-satqısı 1,7-2,9% bahalaşıb.

Reaksiya. az

Şərhlər