Dollar dünyada ucuzlaşır, Azərbaycanda isə...

ABŞ dolları Yaponiya yeni qarşısında bu həftə 1.2 faiz dəyər itirib, cümə günü 113.41 səviyyəsindən əməliyyat olunub. Dollar avro qarşısında da ucuzlaşıb.

ABŞ Mərkəzi Bankı olan FED-in 2017-ci ildə daha çox (3 dəfədən çox) faiz artıracağına dair fərziyyələr boşa çıxmasından sonra dollar bütün mühüm valyutalar qarşısında ucuzlaşıb. 

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, ABŞ dolları Yaponiya yeni qarşısında bu həftə 1.2 faiz dəyər itirib, cümə günü 113.41 səviyyəsindən əməliyyat olunub. Dollar avro qarşısında da ucuzlaşıb. Artıq EUR/USD məzənnəsi 1.077 səviyyəsini görüb. ABŞ dollarının mühüm valyutalar qarşısındakı dəyərini göstərən Bloomberg dollar spot indeksi, bu həftə təxminən 1.16 faiz geriləyib. İndeks, cümə günü 1229.3 bəndə enib. Azərbaycan banklarında isə dolların kursu müxtəlif istiqamətlərdə dəyişir. Belə ki, Yapı Kredi Bank Azərbaycan dolların alışını 1.66 manatdan 1.68 manata, satışını isə 1.7250 manatdan 1.75 manata, AmrahBank alışı 1.67 manatdan 1.69 manata, satışı isə 1.71 manatdan 1.73 manata, Bank Avrasiya satışı 1.7350 manatdan 1.7450 manata, Günay Bank alışı 1.68 manatdan 1.69 manata, satışı isə 1.7050 manatdan 1.72 manata, PAŞA Bank alışı 1.6750 manatdan 1.6850 manata, satışı isə 1.7350 manatdan 1.75 manata qaldırıb. Bank Respublika dolların satış qiymətini 1.7285 manatdan 1.7250 manata, KapitalBank isə alışı 1.67 manatdan 1.66 manata, satışı isə 1.7340 manatdan 1.7260 manata endirib. Eyni zamanda, AcessBank alışı 1.6760 manatdan 1.6510 manata, satışı 1.7290 manatdan 1.7210 manata, Bank Silk Vey alışı 1.6850 manatdan 1.68 manata, satışı 1.7290 manatdan 1.7210 manata, Ziraat Bank Azərbaycan alışı 1.6550 manatdan 1.6350 manata, satışı isə 1.7450 manatdan 1.7350 manata, AzərTürkBank alışı 1.6750 manatdan 1.67 manata, satışı isə 1.7350 manatdan 1.7250 manata, Bank of Baku satışı 1.74 manatdan 1.73 manata, Bank BTB alışı 1.6850 manatdan 1.68 manata, satışı isə 1.74 manatdan 1.7250 manata endirib. Qeyd edək ki, sabahdan 9 günlük qeyri — iş günü başlayır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər