Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı toplantı keçirilib, bir sıra protokollar imzalanıb

01.04.2017 16:05     Ecoreaksiya     1715

Bu gün Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin və İdarə Heyətinin iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, Aktau və Batumi limanlarının nümayəndələri iştirak ediblər. 

Qurumun İdarə Heyətinin toplantısında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyində üzvlük haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı üzrə İşçi Qrup haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı inkişafı üzrə TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İşçi Qrupunun tərkibinin təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi işçilərinin əmək haqlarına dair müddəanın təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2017-ci il üçün tədbirlər planının təsdiqlənməsi, ümumi yığıncaqda isə təsisçilərin ümumi məclisinin qərarı ilə təsdiq edilmiş TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Nizamnaməsinin qüvvədən düşməsi,  TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Nizamnaməsinin təsdiq edilməsi haqqında, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinə dəyişikliklər edilməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Təftiş Komissiyası haqqında müddəanın təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Təftiş Komissiyasının tərkibinin təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi loqotipinin təsdiqlənməsi və digər məsələlər müzakirə edilib.

İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Nizamnaməsi, İdarə Heyətinin yeni tərkibi, Beynəlxalq Assosiasiyanın fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlər və 2017-ci il üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Tədbirlər Planı təsdiq edilib.

Toplantıda həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri, onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunub və görüşün yekunlarına dair protokollar imzalanıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhəddindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

2016-cı ilin oktyabrında isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib.

Qeyd edək ki, konteynerlərin Çindən Avropaya ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən TBNM marşrutu ilə bu müddət təqribən 3 dəfə azdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar