Dollar "qara bazar"da 1,64 manata düşdü

06.04.2017 14:58     Ecoreaksiya     1736

Bu gün keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsinin 1,7031 səviyyəsində formalaşmasının ardınca kommersiya banklarında və "qara bazar”da Amerika valyutasının məzənnəsi sürətlə düşür.

Virtualaz.org-un məlumatına görə, artıq “qara bazar”da dolları 1,64 manata alırlar. Bu son bir neçə ay ərzində dollar alınmasında ən aşağı məzənnədir.

Reaksiya.az

Şərhlər