Qlobal istiqraz bazarının həcmi sürətlə artır

08.04.2017 12:53     Ecoreaksiya     1672

Qlobal istiqraz bazarının həcmi son 20 il ərzində 4 dəfə artaraq 100 trln. ABŞ dollarını ötüb. 

"Report" "SOCAR Capital"ın hazırladığı hesabata istinadən xəbər verir ki, bazarda ən böyük pay 40 trln. dollar istiqraz həcmi ilə ABŞ-a aiddir. Hesabatda həmçinin bildirilir ki, qlobal istiqraz bazarında keçirilən əməliyyatların gündəlik həcmi orta hesabla 700 mlrd. dollar təşkil edir. Bazarda əsas yayılan alətin dövlət istiqrazları olduğu qeyd olunub. 

Risk amillərindən asılı olaraq ölkələrin buraxdığı istiqrazların faizi dəyişir. Hazırda ən yüksək faiz Nigeriyanın 10 illik istiqrazlarındadır - 16,27%. Nigeriyanı 13,84% və 11,03%-lə Keniya və Türkiyə izləyir. Ən aşağı faiz isə Yaponiya istiqrazlarında (0,09%) müşahidə olunur. Onu 0,26%-lə Almaniya və 0,48%-lə Hollandiya qabaqlayır. 

Xatırladaq ki, dövlətlər tərəfindən buraxılan və dövlət zəmanəti ilə təmin olunan dövlət istiqrazları adətən dövlətlərin milli valyutaları ilə ixrac edilir və əsasən büdcə kəsirinin maliyyələşdirilməsində istifadə edilir.

Reaksiya.az

Şərhlər