"BP-Azerbaijan" yerli icraçılarla əməkdaşlığı genişləndirib

02.06.2017 12:23     Ecoreaksiya     1581

"2016-cı ildə Azərbaycanda tərəfdaşlarımızla 167 şirkətlə 1,06 mlrd. dollarlıq yeni uzunmüddətli müqavilələr imzalamışıq". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxış edən "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, BP-nin ötən il əməkdaşlıq etdiyi yerli şirkət və fiziki şəxslərin sayı 266 olub: "Bunun da 58%-i kiçik və orta müəssisələr və fiziki şəxslərdir".

"Azərbaycanda birgə əməliyyatlarımız və layihələrimiz çərçivəsində xərclərimiz ümumilikdə 2,06 mlrd. dollar olub. Bunun 900 mln. dollarlıq hissəsi yerli təchizatçıalra olan xərclərimizdir", - deyə şirkət rəsmisi əlavə edib.

Reaksiya.az

Şərhlər