Azərbaycanda valyuta hərracı keçirildi

29.06.2017 13:03     Ecoreaksiya     1706

Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə iyun ayının 7-ci valyuta hərracı keçirilib.

Bu barədə məlumat Reaksiya.az-a AMB-dən məlumat daxil olub.

Məlumata görə, 29 iyun 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.

Xatırladaq ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7022 səviyyəaində formalaşmışdı.

Reaksiya.az

Şərhlər