ABŞ-ın neft ehtiyatları 12 ilin minimumuna düşdü

06.07.2017 15:32     Ecoreaksiya     1396

Son 17 həftədə ABŞ-ın strateji neft ehtiyatları 13 milyon barel azalaraq 682 milyon barelə düşüb.

Bu, son 12 ilin ən minimal göstəricisidir. 

Azalmanın səbəbi energetika nazirliyinin ilin əvvəlindən satışına razılaşdığı nefti realizə etməsidir. 

Nəzərə çatdıraq ki, Donald Tramp hökuməti ölkənin borcunu bağlamaq üçün strateji neft ehtiyatlarını bundan sonra da satmaqda qərarlıdır. Yaxın 10 ildə ABŞ 270 milyon barel neft satmağı hədəfləyib.

Reaksiya.az

Şərhlər