Altı ayda Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxal olunub

10.07.2017 13:02     Ecoreaksiya     1619

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayında 910 ədəd və ya 35,37 faiz artım olub.

Ölkəyə gətirilən avtomobillərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Reaksiya.az

Şərhlər