Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları 7% artıb

14.08.2017 12:36     Ecoreaksiya     1585

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 mln. ton-km olub.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, yüklərin 15512,7 min tonu və ya 60,5%-i avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8%-i dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7%-i dəniz nəqliyyatı ilə daşınıb.
 
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4% artım müşahidə edilib.
 
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6%-ni və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib. 
 

Şərhlər

Çox oxunanlar