Azərbaycan neftinin SON QİYMƏTİ

20.08.2017 14:04     Ecoreaksiya     1455

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 18-də 53,39 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,51 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 18-də 52,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 18-də 49,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 18-də 50,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.
 

Şərhlər