“Made in Azerbaijan” brendini tanıtmaq üçün 2 milyon manat ödənilib- İxracatçılara

16.09.2017 19:55     Ecoreaksiya     1551

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi çərçivəsində Azərbaycan ixracatçılarına 2 milyon manatadək vəsait ödənilib.

Reaksiya.az azərtaca istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

"Bu ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı sahəsində 37 faiz, sənaye məhsullarının ixracı sahəsində isə 25,4 faiz artım müşahidə olunub. Bununla yanaşı, ixrac olunan məhsulların çeşidi 17 faiz artıb”, – deyə nazir müavini bildirib.

Reaksiya.az

Şərhlər