Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub

18.09.2017 09:26     Ecoreaksiya     1458

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub.

Dövlət Statistika Komitəsindən azərtac-a bildiriblər ki, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya 2,01 manata (1,91), 100 rus rubluna 2,86 manata (2,97) bərabər olub.

Reaksiya.az

Şərhlər