Elektron məhsullarının istehsalı 42,9 faiz artıb

19.09.2017 09:05     Ecoreaksiya     1610

2017-ci ilin yanvar-avqust aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 138,7 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 42,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 63,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən azərtaca bildirilib ki, səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 33,1 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 65,6 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 27,6 faiz artıb.

Reaksiya.az

Şərhlər