Mərkəzi Bank: Kredit aktivliyi bərpa olunmayıb

19.09.2017 09:34     Ecoreaksiya     1604

2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Apa-Economics"ə verilən məlumata görə, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası hesabat dövründə 8%-dən çox artıb.

"Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur", - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb: "Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub".

AMB-nin likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

Reaksiya.az

Şərhlər