“Neft Daşları”nda yeni quyu istismara verilib

19.09.2017 19:01     Ecoreaksiya     1774

Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2584A nömrəli quyu qazmadan sonra istismara verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2521-2515 metr intervaldan sutkalıq 15 ton neft və 2300 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Reaksiya.az

Şərhlər