OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl edib

13.10.2017 11:27     Ecoreaksiya     1645

Sentyabrda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişə 88 faiz əməl edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Belə ki, OPEC-in sazişə əməletmə səviyyəsi avqust ayı ilə müqayisədə 6 faiz artıb.

Hesabata görə, sentyabrda OPEC-in xam neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 10 min barrel artaraq 32 milyon 650 min barrel olub. OPEC-in xam neft istisna olmaqla qeyri-şərti istehsalı isə gündəlik 6 milyon 940 min barrel təşkil edib. Beləliklə də, OPEC-in ümumi neft hasilatı 39 milyon 590 min barrel olub.

OPEC üzrə neft hasilatının ən çox azalması Səudiyyə Ərəbistanı və Venesuelada baş verib. Belə ki, Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 20 min barrel, Venesuelada isə 50 min barrel azalıb.

Reaksiya.az

Şərhlər