OPEC-in baş katibi: Neft tələbatı növbəti beş il ərzində artacaq

16.10.2017 10:40     Ecoreaksiya

Xam neftə olan tələbat növbəti beş il ərzində artmaqda davam edəcək.

Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Küveytdə keçirilən neft-qaz konfransında deyib.

M.Barkindo bildirib ki, neft tələbatı 2022-ci ilədək gündəlik orta hesabla 1,2 milyon barrel artacaq. 2035-2040-cı illərdə isə tələbat artımı sutkada 300 min barrelə çatacaq.

“Təbii qazın qlobal enerjidəki payı 2020-ci ilə qədər 80 faizdən aşağıya düşəcək, 2040-cı ilədək isə 75,4 faizə enəcək”,- deyə OPEC-in baş katibi bildirib.(azərtac)

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar