Azərbaycan-ABŞ ticarət dövriyyəsi bu il 7% artıb

16.10.2017 10:46     Ecoreaksiya     1448

Bu ildə ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsində artım dinamikası müşahidə edilib. Bu il ticarət dövriyyəsi 7%-ə qədər artaraq 416 mln. dollara çatıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, iki ölkə arasında investisiya əlaqələri də genişlənib: "ABŞ şirkətlərinin Azərbaycana investisiyası 17 mlrd. dollara çatır. Azərbaycanın iş adamları da ABŞ-a investisiya yatırırlar. Xüsusən, Azərbaycan Dövlət Neft Fondunun ABŞ-dakı investisiyaları xüsusi həcmə malikdir".

Nazir müavini Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda 150-dən çox sahibkarın iştirak etdiyini deyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar