Məzahir Pənahovdan ANONS: Sosial şəbəkələrin monitorinqi keçiriləcək

08.02.2018 17:25     Ecoreaksiya     1263

“Sabahdan İctimai TV-də MSK-nın əməkdaşlarının çıxışı keçiriləcək. Həmçinin bu çıxış radio dinləyiciləri üçün də yayımlanacaq. Həmçinin Azərbaycan qəzetində də çıxışlar veriləcək”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, Dairə Seçki Komissiyalarının (DSK) üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir.

"Yerlərdə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir. Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq.

Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər