Dövlət Gömrük Komitəsi konteyner daşımalarına nəzarəti gücləndirir

30.03.2018 12:17     Ecoreaksiya

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən konteyner daşımalarına nəzarət mövzusunda beşgünlük təlim bu gün başa çatır.

DGK-dan Reaksiya.az-a verilən məlumata görə, təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.

Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Ramil Əsədov bildirib ki, Azərbaycan gömrüyü Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT ilə əməkdaşlığa xüsusi önəm verir. Vurğulanıb ki, qloballaşan dünyada konteyner daşımalarının həcminin artdığı bir zamanda Dövlət Gömrük Komitəsi bu əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar