Kriptovalyuta "nüfuzunu" bərpa edə bilmir - Virtual pul bazarında qiymətlər

04.04.2018 11:45     Ecoreaksiya     1561

Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi davam edir. Bazarda bahalaşma olsa da, virtual pullar əvvəlki maksimum qiymət həddinə çata bilmir.

Belə ki, "CoinMarketCap" portalına istinadən bitkoinin qiyməti 0,13% bahalaşaraq 7,34 min dollar təşkil edib. Yəni 8 min dollara çata bilmir.

Trend-in məlumatına görə, alternativ kriptovalyutaların qiymətində də bahalaşma baş verib. Belə ki, "Ethereum" 2,08% və ya 404,6 dollaradək, "Ripple" 5,02% (0,539 dollara qədər), "Bitcoin Cash" isə 0,88% (694,09 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 276,3 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Reaksiya.az

Şərhlər