Tehranla Bakı arasında mühüm razılaşma – 7,5 milyardlıq gəlir

13.04.2018 13:07     Ecoreaksiya     1408

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində “Azərenerji” ASC ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alğı-satqısı üzrə müqavilə imzalanıb. Müqavilə şərtlərinə görə, rəsmi Bakı Tehrana 180 mVt civarında elektrik enerjisi satacaq.

İranla bağlanan enerji anlaşmasını şərh edən “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı axar.az-a açıqlamasında deyib ki, bu, Azərbaycanda aparılan uğurlu enerji siyasətinin tərkib hissəsidir:

“Müqavilə şərtlərinə görə, Azərbaycan tərəfi İrana 160±20 MVt elektrik enerjisi satacaq. Bildiyiniz kimi, “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir və bu, ölkəmizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Bağlanan müqavilə də ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir. Məhz bir neçə gün öncə cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında verdiyi tövsiyələrdən biri də enerji ixracının genişləndirilməsi ilə bağlı idi”.

Müstəqil ekspertlərin təxmini hesablamalarına görə, İrana elektrik enerjisi satışından dövlət büdcəsi ümumilikdə 7,5 mlrd. ABŞ dolları civarında gəlir əldə edəcək.

Xatırladaq ki, ötən il ərzində "Azərenerji"nin elektrik enerjisi ixracından dövlət büdəcsinə 50 mln. ABŞ dollarından çox vəsait daxil olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar