"NEFTİN QİYMƏTİ ÇOX QISA BİR MÜDDƏTDƏ DƏYİŞƏ BİLƏR" - İZAH

25.04.2018 15:04     Ecoreaksiya     1637

"Neftin qiymətinin artmasında ABŞ və İran kimi iri neft hasilatçılarının arasındakı münaqişənində rolu böyükdür”
 
Bunu "Sherg.az”a Azərbaycan neftinin 75 dolları keçməsindən danışarkən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib.
 
Onun qənaətincə, neftin qiyməti artıma doğru gedir:
 
"Artıq brend markalı neftin qiyməti London birjasında 74.95 dollardır. Bu neftin qiymətində 0.8 faiz artım var. Aprelin 20-də OPEK ölkələrinin görüşü baş tutdu. O görüş bazar üçün müsbət təsirlərlə başa çatdı. Ümumilikdə OPEK-lə əlaqələri formalaşmış ən nəhəng neft hasilatçıları qeyd etdilər ki, hasilatın 2019-cu il ərzində də dondurulmasında maraqlıdırlar.
 
 2017- ci il yanvarın 1-də onların atdığı addım nəticəsində bazardan təqribən 300 milyon barel neft ehtiyatlarını yığışdırmaq mümkün olub. Bu da neftin qiymətinin artımına müsbət təsir göstərib. Belə hallar bazar üçün pozitiv siqnal olub. Bu hadisələr sırf geopolitik məsələlərlə əlaqəlidir. 
 
Yaxın Şərqdə vəziyyət hələ də normallaşmayıb. Bunun sonun nə olacağını heç kəs bilmir. Dünya mətbuatında göstərildiyi kimi, neft hasil edən iki ən böyük ölkə, İran və ABŞ arasında gərginlik hələ də davam edir. May ayında Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bu fonda bazarda gərginlik var. 
 
Bu gərginlik də neftin qiymətinin aşağı enməsinin qarşısını alır. Nəticə etibar ilə bu əlamətlərə görə, neftin qiyməti 10 dollardan çox bahalaşır. Yəni onun real bazar qiyməti hazırda 75 yox, təqribən 63 dollar civarında göstərilir”.
 
"İlin sonuna qədər neftin qiyməti hansı həddə olacaq ?" sualına gəlincə, İ.Şaban söyləyib ki, bunu heç kəs proqnozlaşdıra bilməz: 
 
"Nəyn ki, ilin sonu heç mayın sonunda qiymətin necə olacağı bilinmir. Çünki neftin qiymətinə təsir edən amillər hədindən artıq çoxdur. Buna görə də, neftin qiyməti çox qısa bir müddətdə dəyişə bilər. Bunu əvvəlcədən demək çətindir”
 
Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,39% artaraq 75,25 dollar təşkil edib.
 

Şərhlər