“Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

01.05.2018 11:57     Ecoreaksiya     1638

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 kilometr baş yolun R-65 tipli yarımyararlı materiallarla əsaslı təmiri aparılır.

Təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə - Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4,1 kilometr uzunluğunda yollar əsaslı təmir edilib.

Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik yolun əsaslı təmiri həyata keçirilir.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hazırda görülən işlərin böyük əhəmiyyəti var.

Reaksiya.az

Şərhlər