SOCAR istiqrazları vasitəsilə banklardan 15 faizlik kredit götürmək mümkün olacaq

05.05.2018 13:28     Ecoreaksiya     1308

“Gələcəkdə SOCAR istiqrazlarının girovu qarşılığında kredit almaq imkanı yaradılacaq”.

Bunu SOCAR rəsmisi Tolga Kotan bu gün Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi ilə keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı banklarla görüşlər keçirilir və yaxın zamanlarda ictimaiyyətə ətraflı məlumat veriləcək: “Belə ki, SOCAR istiqrazlarının sahibi istiqrazın 70 faizi qədər kredit almaq imkanı əldə edəcək. Bu gün vətəndaş banklardan krediti 23-25 faizə əldə edir. SOCAR istiqrazları sayəsində vətəndaş banklardan krediti 15 faizə əldə edə biləcək. Yəni, vətəndaş onsuz da SOCAR istiqrazı sayəsində illik 5 faiz gəlir əldə edir. Bankların vətəndaşı verdiyi 15 faiz kredit isə ona 10 faizə başa gələcək. Belə bir imkan da vətəndaşa təqdim ediləcək”.

O bildirib ki, gələcəkdə SOCAR istiqrazları ilə bağlı vətəndaşlara yeni layihələr təqdim edəcək(apa)

Reaksiya.az

Şərhlər