“Gazprom” Fransanın “Credit Agricole CIB” bankı ilə 600 milyon avroluq müqavilə imzalayıb

18.05.2018 13:05     Ecoreaksiya     1569

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Fransanın “Credit Agricole Corporate & Investment Bank” (“Credit Agricole CIB”) bankı ilə 5 illik 600 milyon avro dəyərində kredit müqaviləsi imzalayıb.

Şirkətin yaydığı məlumatda bildirilir ki, bu, “Gazprom”un “Credit Agricole CIB”dən birbaşa maliyyələşmə təmin etmək üçün imzaladığı ikinci müqavilədir. İlk müqavilə 2017-ci ilin mart ayında imzalanıb və 700 milyon avro dəyərində olub.

“Gazprom”un bildirdiyinə görə, “Credit Agricole CIB”in Rusiya üzrə strategiyası bu ölkənin aparıcı və çoxmillətli şirkətləri ilə əməkdaşlıq etməkdir.

Reaksiya.az

Şərhlər