"Bitcoin"in qiyməti 7 100 dollara düşüb

29.05.2018 16:29     Ecoreaksiya     1181

Dünyanın aparıcı kriptovalyutası satılan "Bitcoin"in qiyməti 1,5% azalaraq 7 100 ABŞ dollarına düşüb.

Bu barədə "Report" "Bitfinex" ticarət platformasına istinadən xəbər verir.

Məlumata görə, digər aparıcı kriptovalyuta sayılan "Etherium" isə, təqribən, 1% ucuzlaşıb. Hazırda onun qiyməti 522 dollar təşkil edir.

Qeyd edək ki, kriptovalyuta bazarında qiymət azalması 1 həftədir davam edir.

Reaksiya.az

Şərhlər