STAR NEZ-in açılışı Türkiyə üçün mühüm hadisədir

19.10.2018 12:41     Ecoreaksiya     967

STAR Neft Emalı Zavodunun (NEZ) açılışı Türkiyə üçün mühüm hadisədir.
 
Trend-in məlumatına görə, bunu zavodun baş direktoru Mesut İlter deyib.
 
O qeyd edib ki, STAR NEZ ölkə üçün strateji xarakter daşıyır.
 
M.İlterin sözlərinə görə, Türkiyədə dizelə tələbat hər il 7-8 faiz artır: "STAR NEZ Türkiyəni ildə 5 milyon ton dizellə təmin edəcək. Bu, dizel idxalını 40 faiz azaldacaq”.
 
O əlavə edib ki, zavodun işə başlaması ilə Türkiyənin aviasiya yanacağına tələbatı tam təmin olunacaq.
 

Şərhlər